Baş səhifə
Xəbərlər
Akademiya
Onlayn imtahan nəzarətçiləri məlumatlandırılıblar

Onlayn imtahan nəzarətçiləri məlumatlandırılıblar

Dövlət Gömrük Komitəsinin Akademiyasında qəbul edilmiş yeni qaydalara əsasən təşkil olunacaq 2019/2020-ci tədris ilinin yaz semestrinin semestr daxili onlayn imtahanlarında prosesə nəzarət edəcək Akademiya əməkdaşları ilə görüş keçirilib. Onlayn imtahanlarda iştirak edəcək nəzarətçilər imtahan şəraiti və prosesinin təşkili, imtahana nəzarət qaydaları, eyni zamanda tələbələr üçün qaydalar barədə məlumatlandırılıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi